“eTwinning” layihəsində növbəti görüş keçirildi

Noyabrın 13-də  “eTwinning” klub üzvləri növbəti qardaş məktəblə bağlantı yaratdılar. Bu bağlantı Türkiyənin Bodrum şəhərində yerləşən  Yalıkavak Neşe Doğan İlkokulu ilə  “Düşün-Tasarla-Üret"   layihəsi çərçivəsində əməkdaşlıq etmək üçün təşkil edildi.

Xatırladaq ki “eTwinning” - Avropa ölkələrinin müəllim və şagirdlərini birləşdirən bir sosial şəbəkədir. Bu layihənin əsas məqsədi Avropa ölkələrində yaşayan müəllimlərin və şagirdlərin bir – biri ilə əlaqə qurması, iş birliyi yaratması, öz layihlərini inkişaf etdirməsi, biliklərin bölüşməsi üçün əvəzolunmaz Elmi cəmiyyətdir. Bu layihə 2005- ci ildən fəaliyyət göstərir. 2014-cü ildən Erasmus Avropa təhsil proqramı ilə əməkdaşlıq edir. Otuz Avropa ölkəsinin Təhsil Nazirlikləri ilə əməkdaşlıq edir. Məktəb bu layihəyə 2017-ci ildən qoşulub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi