TUR-AKSİYANIN İŞTİRAKÇILARI NAXÇIVANDA

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Nizami rayon məktəbliləri Naxçıvan şəhərinə ekskursiya etmişlər. Tur-aksiyaya rəhbərliyi məktəbimizin tərbiyə işləri üzrə direktor müavini Rühəngiz Heydərova başçılıq ediridi. . Tur-aksiya iştirakçılarını Muxtar Respublikanın səlahiyyətli nümayəndələri mehribanlıqla qarşılayıblar. Naxçıvanın tarixi, mədəniyyəti haqqında məlumat verilməklə bərabər bir çox tarixi abidələrə və şəhərlərə ekskursiyalar təşkil olunmuşdur. Turda iştirak edən məktəblilərimiz 11a sinif şagirdi N.İsmayılzadə və 9c sinif şagirdi A.Heydərli turdan çox xoş təəssuratlarla qayıtmışdılar. Tur-aksiya iştirakçıları bu yerlərdə ilk dəfə olduqlarını və Naxçıvan haqqında kitabdan oxuduqlarını gördüklərinə görə çox məmnun idilər. Onlar bu aksiya üçün ölkə rəhbərliyinə minnətdarliq edirlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi