Müstəqilliyimiz əbədidir

Oktyabrın 18- də Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar “Müstəqilliyimiz əbədidir!” adlı ədəbi bədii kompozisiya şagirdlərə təqdim olundu.
Tədbirdə çıxış edənlər 28 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edildiyini və bu sənədin tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutduğunu bildiriblər.
Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətləri, onun Azərbaycanda hakimiyyətə qayıtması ilə ölkənin bütün çətinliklərdən xilas olması barədə məlumatlar bir daha şagirdlərin diqqətinə çatdırılıb. Qeyd olunub ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.Tədbirdə iştirak edən şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə Vətənə olan sevgilərini nümayiş etdiriblər.