“Açıq qapı” günü və seminarlara start verildi

Sentyabrın 28-də məktəbdə valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi məqsədilə “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günündə valideynlər müəllimlərlə görüşüb, məktəbə baxış keçirib, müxtəlif məsələlərlə bağlı direktor və müəllimlərə müraciət ediblər. Məktəbin müəllim kollektivi və rəhbərlik tərəfindən valideynlərin təklifləri dinlənilib. Valideynlər məktəbdəki yeniliklərdən razılıqlarını bildiriblər.

“Açıq qapı” günü ilə bərabər  yuxarı sinif şagirdlərinin valideynləri ilə  “Yeniyetməlik yaş dövrünün xüsusiyyətləri, problemləri", "Valideyn-övlad münasibətləri", "Valideyn-məktəb əməkdaşlığı", eyni zamanda müəllimlərlə "Fərdi yanaşma müəllim-şagird münasibətlərində başlıca prinsip kimi" mövzularında seminarlara start verildi. Seminarda BŞTİ Təlimə Dəstək Mərkəzinin psixoloji xidmətin təşkili üzrə metodisti Səidə Əhmədova çıxış etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi