31 MART - AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜDÜR

31 mart 2016-cı ildə məktəbimizin foyesində “31 Mart Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı anım tədbiri keçirildi. Müəllim və şagirdlərin qatıldığı anım tədbirində, son 100 ildə erməni daşnakları və rus bolşevikləri tərəfindən xalqımıza qarşı tətbiq edilən amansız vəhşiliklərdən danışıldı. Bu soyqrımın yalnız dinc insanlara qarşı deyil, həm də Azərbaycanın milli mənəviyyatına, xalqın tarixi yaddaşına, ziyalılarına qarşı planlı şəkildə həyata keçirilən amansız akt olduğu bildirildi. Çıxış edənlər xalqımıza qarşı törədilən bu qanlı faciələrin bütün məqamlarının hər bir Azərbaycanlıya aşılanmasının və qan yaddaşımıza həkk olunmasının vacib olduğunu qeyd etdi. Sonda şagirdlərin “31 Mart Azərbaycanlıların Soyqırımı”na aid əl işlərindən ibarət sərgi nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi