Narkomaniyaya yox deyək

Sentyabrın 20-də məktəbdə “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə Nizami Rayon 25-ci Polis Bölməsinin əməkdaşları- bölmənin rəisi polkovnik-leytenant Elmir Hüseynov, Narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili mayor Fərid Tağıyev, Yetkinlik yaşına çatmayanlarla proflaktik işin təşkili bölməsinin inspektorları kapitan Günay Qurbanova, kapitan Mehdi Seyidov və kapitan Natiq Yusifov, Veteranlar şurasının rəisi Aydın Əzizov, Nizami Rayon İcra Hakimiyyəti Narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami Rayon komissiyasının məsul katibi Bəhmən Hüseynov, və bir çox başqa qonaqlar iştirak edirdi.
Tədbirdə narkomaniyaya qarşı mübarizə üsulları, zərərli vərdişlərin insan orqanizminə vurduğu zərərdən, acı fəsadlarından, hüquqazidd əməllərdən qorunma yollarından və s. digər istiqamətlərdə maarifləndirici söhbətlər edildi, diskusiyalar aparıldı.