Bilik günü

Bütün məktəblərdə olduğu kimi  məktəbdə də yeni tədris ilinin başlanması münasibəti ilə “Bilik günü” qeyd edildi.  Bilik günü ilk zəng, ilk həyəcandır. Bu gün məktəb həyatına ilk dəfə qədəm basan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür.

Tədbir  Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbirdə məktəbin yeni  direktoru  Xuraman Osmanova çıxış edərək hər kəsi salamladı və şagirdlərə tədris ilində uğurlar dilədi. Sonra tədbirdə çıxış edən qonaqlar  gözlərində sevinc, həyacan olan birincilərin valideynlərini təbrik etdilər. Tədbir ilk zəngin vurulması ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi