Kiçik Akademiyanın IV Şagird Elmi Konfransı keçirildi

İyunun 25-də məktəbdə fəaliyyət göstərən Kiçik Akademiyanın IV Şagird Elmi Konfransı keçirildi. Konfransın işində Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Elmi Tədqiqat İnstitutlarının, Bakı Dövlət Universitetinin aparıcı mütəxəsisləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələri Sektorunun əməkdaşı Sevinc Əzimova, Nizami rayonunda yerləşən ümumtəhsil məktəblərinin rəhbərləri və müəllimləri iştirak edirdi.

Konfransa təqdim olunan tədqiqat işlərinin müdafiəsi on bölmə yüksək ixtisaslı münsiflər tərəfindən dinlənilərək, muəyyən olunmuş meyarlara əsasən qiymətləndirildi. Verilmiş ballara uyğun hər bölmə üzrə qaliblər müəyyən edildi. Qaliblər diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırıldı. 

Konfransın sonunda istedadlı şagirdlərin ifasında  mahnı və rəqslər ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi