Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

İyunun 19-da Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, millət vəkilləri, bir sıra dövlət qurumlarının, təhsil müəssisələrinin və media orqanlarının rəhbərləri, tanınmış ziyalılar, təhsil ekspertləri, münsiflər heyətinin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil naziri Ceyhun Bayramov ölkə Prezidentinin bu günlərdə təhsilin infrastrukturunun yaxşılaşdırılması, yeni təhsil müəssisələrinin tikintisi və müəllimlərin əməkhaqqının artırılması ilə bağlı imzaladığı sərəncamların təhsil sahəsinə göstərilən diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu vurğulayıb.

Nazir qalibləri təbrik edərək son illərdə olimpiadalar və istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb.

İstedadlı uşaqların aşkar edilməsi istiqamətində görülən işlərdən də danışan Ceyhun Bayramov çıxışının sonunda bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb. 

Mərasimdə Respublika fənn olimpiadalarında hər fənn üzrə  yüksək nəticə göstərmiş olimpiada qaliblərinə mükafatlar təqdim olunub. 

Məktəbin 2019-cu il məzunu Sabir Hacızadə də coğrafiya fənni üzrə Respublika fənn olimpiadasının qalibləri sırasında idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi