Valideynin məktəbdə bir günü

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Valideynin məktəbdə bir günü” layihəsinin həyata keçirilməsi ilə əlaqədar 28 yanvar 2019-cu il tarixli F-66 nömrəli əmrdə 20-31 may tarixləri ərzində valideynlərlə görüşlərin keçirilməsi qeyd olunmuşdur. 238 nömrəli məktəbdə növbəti mərhələ mayın 30-da həyata keçirildi. Görüş zamanı valideynlərlə məktəbdə formalaşdırılan təhsil mühiti, təhsil sahəsində müxtəlif mövzularda müzakirələrin aparılması, təhsil mühitinin təkmilləşdirilməsi istiqamətində valideynlərin rəy və təkliflərinin öyrənilməsi, şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafı, inkişafyönlü layihələrdə iştirak və s. aktual məsələlər müzakirə olundu. Valideynlərə məktəbin uğurları barədə məlumat verildi. İstedadlı şagirdlərin yaradıcılıq işləri nümayiş etdirildi.
Şagirdlər mütaliə əsasında hazırladıqları "Qaraca qız" tamaşasını təqdim etdilər. Nəsimi yaradıcılığı dəyirmi masada müzakirə olundu. Dərnəklərin fəaliyyəti ilə tanışlıq valideynlərdə məmnuniyyət hissi yaratdı. "Gənc bioloqlar təqdim edir " layihəsi valideynlərin marağına səbəb oldu.