Xalqa bağışlanmış ömür

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar məktəbdə silsilə tədbirlər keçirilib. Tədbirlərdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra dahi şəxsiyyətin keçdiyi zəngin həyat yolu, Azərbaycan xalqının tarixindəki misilsiz xidmətləri barədə söhbət açılıb. Qeyd olunub ki, ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsinə zəmin yaradır.
Təqdim olunan musiqili kompozisiyada məktəblilər Ulu Öndərə olan sevgi və ehtiramlarını gözəl ifaları və çıxışları ilə tamaşaçılara çatdırdılar. Həmçinin fotostendlər və şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.