Robototexnika Olimpiadası

Qərbi Kaspi Universiteti məktəblilər arasında LEGO Robototexnika Olimpiadası keçirib. Olimpiadanın keçirilmə məqsədi məktəblilər arasında mühəndislik ixtisaslarının, o cümlədən əmək bazarında tələbat olan robototexnika mühəndisliyinin məktəblilər arasında təbliği və məktəblilərin təcrübə işlərini geniş kütləyə göstərməkdən ibarətdir.
Robototexnika Olimpiadasında məktəbi 9-cu sinif şagirdi Mais Məmmədli ilə 10-cu sinf şagirdləri Ülvi Babayev və Əli Əliyevdən ibarət komanda təmsil edirdi. Komandanın “Kubik-rubik” layihəsi üçüncü yerə layiq görülüb.