1 Mart - Ümumdünya Mülki Müdafiə Günüdür

01.03.2016 – cı il tarixdə məktəbimizdə “1 Mart Ümumdünya Mülki Müdafiə günü” keçirildi. Məktəbin direktoru İ. Ə. Talıbov giriş sözü ilə tədbiri açıq elan etdi. Tədbirdə Nizami rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi vəzifəsini icra edən Polkovnik leytenant Natiq Abdullayev, şöbənin baş köməkçisi Kapitan Vüsal Fətullayev, baş köməkçi baş leytenant Rəşad Hacıyev, Bakı Regional Mərkəzin Mülki Müdafiə işinin təşkili şöbəsinin əməkdaşı baş leytenant Ramil Səfərov, MM idarəsinin əməliyyatçı leytenant İlqar Məmmədov, Nizami rayon Qızıl Aypara Cəmiyyətinin sədri Rəna xanım, Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissənin Mülki Müdafiə Qoşunlarının Şəxsi heyətinin Qəza Xilasetmə bölüyünün komandiri baş leytenant Seymur Məhərrəmov, Qəza Xilasetmə Tabor komandiri müavini Nahid Təhməzov iştirak etmişlər. Məktəbin həyətində MM Qoşunlarının əməkdaşları gətirdikləri əmlakları əyani şəkildə nümayiş etdilər. Müəllimlər və şagirdlər sərgini böyük maraqla izlədilər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları şagirdləri maraqlandıran sualları ətraflı cavablandırdılar. Məktəb öz MM əmlaklarından I mərtəbənin foyesində sərgi təşkil etmişdir. I və II mərətbələrdə Mülki Müdafiə gününə aid divar qəzetləri asılmışdır. II , V , VI, X siniflərdə açıq dərslər keçirilmişdir. Məmmədov Şaiq Sərdar oğlu XI ç sinfində və Əhmədova Ruziyə Vəliyəddin qızının sinif rəhbəri olduğu II ç sinfində Mülki Müdafiə gününə aid açıq dərslər keçirilmişdir.Tədbirdə əsas məqsəd müəllim və şagirdlərə arasında əhalinin fövqəladə hadisələr zamanı davranış qaydaları, hadisənin nəticələrinni aradan qaldırılması, xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirlməsi qaydalarını izah etmək olmuşdur.