SƏN KİMSƏN, AZƏRBAYCAN QADINI? 04.03.2015

8 mart Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “ Sən kimsən, Azərbaycan qadını?” adlı tədbir keçirildi. Sinif rəhbəri İradə Bayramova bildirdiki bu tədbirdə məqsədimiz qadınlarımızın keçdiyi tarixi yola nəzər salmaqdı. Aşağı sinif şagirdlərinin hazırladıqları tamaşa və konsert proqramı maraqla qarşılandı. Azərbaycan qadını olaraq öz ünvanına ən gözəl sözləri balacaların dilindən eşitməkdən gözəl nə ola bilər? Bu zövqu analara, müəllimlərə 4c sinif şagirdləri yaşatdılar. Balacaların hazırladıqları səhnəciklərdə, ədəbi-bədii kompazisiyalarda səslənən hər bir kəlmə tarix boyu Azərbaycan qadınının şəninə verilmiş ən dəyərli fikirləri əks etdirirdi. Məktəblilərin hazırladıqları tamaşalar əsasən Azərbaycanın qadın tarixi şəxsiyyətlərindən bəhs edirdi. Balacalar bu tamaşalarda öz dilləri ilə, əslində həm də analarına bəslədikləri sevgini ifadə edirdilər. Bir ana üçün övladının dilindən bu sözləri eşitmək qürur vericidir. Tədbirin sonunda məktəblilər qadın iştirakçıları çiçəklə təbrik etdilər.Bayramınız mübarək, əziz qadınlar!!!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi