Qarabağa gedən yol

Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Qarabağa gedən yol” adlı tədbir keçirilib. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri 2016 cı ilin aprelində Ermənistanın dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribatına layiqli cavab vermişdi. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuş və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir. Bu gün Lələtəpə əməliyyatı bizim qəhərmanlıq rəmzimiz olaraq, tarixə düşüb.

Tədbirdə Lələtəpə fatehləri Vüsal Paşazadə, Zaur Xancanov, İlkin Abbasov, Azərbaycan Təmsilçisi Nazir Hətəmov, Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon təşkilatının sədri Məhi Mehtiyev və Birliyin üzvləri, Yeni Azərbaycan Partiyası Nizami Rayon Təşkilatını təmsil edənlər Selcan Novruzova və digərləri iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi