Folklor musiqi müsabiqəsi keçirilib

Martın 15-də məktəbdə Nizami Rayon İcra Hakimiyyəti İdman Gənclər İdarəsinin təşkilatçılığı ilə rayon məktəbliləri arasında müxtəlif nominasiyalar üzrə folklor musiqi müsabiqəsi keçirilib. Hər nominasiya üzrə I, II, III yerlərin müəyyən olunduğu yarış məktəblilərin maraqlı çıxışları ilə tədbirə rəng qatıb.
Məktəbin şagirdləri Həçimov Elçin, Ələkbərzadə Rəşidə, Əliyeva Çiçək, Məmmədli Lətifə, üç nominasiya üzrə I yerə layiq görülüblər.