“1 Mart Ümumdünya Mülki Müdafiə” günü

27.02.2015 – ci il tarixdə 238 № li tam orta məktəbdə “1 Mart Ümumdünya Mülki Müdafiə günü”nə həsr edilmiş tədbir keçirildi. Məktəbin direktoru İ. Ə. Talıbov giriş sözü ilə tədbiri açıq elan etdi. Tədbirdə Nizami rayon Fövqaladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik leytenant İlqar Abbasov, şöbənin baş köməkçisi baş leytenant Vüsal Fətullayev, baş köməkçi baş leytenant Rəşad Hacıyev, Bakı Regional Mərkəzin Mülki Müdafiə işinin təşkili şöbəsinin əməkdaşı baş leytenant Rauf Məmmədov, Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissənin Mülki Müdafiə Qoşunlarının Şəxsi heyətinin Xilasetmə dəstəsinin tabor komandiri polkovnik leytenant Azər Məmmədov, Kimya təyinatlı əmlak və Mühafizə vasitələrinin Kimya xidmətinin rəisi mayor Rövşən Məmmədov iştirak etdilər. Yanğın təhlükəsi zamanı şagird və müəllimlərin təxliyyəsi praktik nümayiş etdirildi. Tədbirdə əsas məqsəd müəllim və şagirdlər arasında fövqəladə hadisələr zamanı davranış qaydalarını, hadisə baş verdiyi zaman çətinliklərin aradan qaldırılmasını, xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirlməsini iştirakçıların diqqətinə çatdırmaq olmuşdur. Məktəbin həyətdində MM əmlaklarından ibarət sərgi təşkil edildi. Məktəbdə 1 Mart Mülki Müdafiə gününün təşkili və keçirilməsi haqqında təsdiq edilmiş tədbirlər planına uyğun olaraq II , V , VI, X siniflərdə açıq dərslər keçirildi. II a sinfində Mülki Müdafiə gününə aid viktorina keçirilmiş, X b sinif şagirdləri mülki əleyhqaz olan QP – 5 - dən necə istifadə edilməsini, II b sinfi pambıqlı tənzifli sarğınını hazırlanmasını və bağlanmasını şagirdlər və qonaqlar qarşısında əyani nümayiş etdirdilər. Sonda MM Qoşunlarının əməkdaşları gətirdikləri əmlakları əyani şəkildə nümayiş etdirdilər. Müəllimlər və şagirdlər sərgini böyük maraqla izlədilər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları şagirdləri maraqlandıran sualları ətraflı cavablandırdılar.