Xocalı harayı

    Xocalı faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar  məktəbdə bir sıra tədbirlər həyata keçirilir. Ayrı-ayrı şagirdlərin, sinif kollektivlərinin  Xocalı faciəsinə hazirladıqları divar qəzetləri, bülletenlər, fotostendlər,  guşələr və  rəsmlərdən ibarət sərgi məktəblilərin marağına səbəb oldu.

Müxtəlif siniflər kollektiv şəkildə faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, abidənin önünə tər güllər düzdülər.

Fevralın 25-də məktəbdə "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya təşkil olundu. Ulu öndərimiz  Heydər Əliyev demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."

Şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərdə və mahnılarda ifadə etdilər.

Rahat uyuyun şəhidlər! Sizin hər damla qanınız Vətən torpağına atılan igidlık imzasıdır. Siz ölmədiniz, siz əbədi olaraq bizim və gələcək nəsillərin qəlbində daim yaşayacaqsınız!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi