Sabahın alimləri

Fevralın 14-də “Sabahın alimləri” VIII Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.  Şagirdlərə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaradan “Sabahın alimləri” Respublika müsabiqəsində məktəbi fizika, astronomiya nominasiyasında X sinif şagirdi Əli Əliyev və XI sinif şagirdi Zeynəb Əliyeva təmsil edirdilər.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin 17 şagirdi “Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibi olub. Çox sevindirici haldır ki,  məktəbin şagirdləri Əli və Zeynəb də bu qaliblər arasında olub. Onların hazırladığı layihə münsiflər heyətinin qərarı ilə III yerə layiq görülüb. Qaliblərə təşkilatçılar tərəfindən diplom, medal və hədiyyələr təqdim olunub.

Məktəbin pedaqoji kollektivi adından sabahımızın alimlərini təbrik edir, onlara təhsildə, elmi axtarışlarında və tədqiqatçılıq yolunda nailiyyətlər arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi