Tariximizi öyrənək

Bildiyimiz kimi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanda ilk dəfə olaraq "Şirvanşahlar irsi dünya muzeyində" adlı sərgi keçirir. Tariximizi öyrənmək və təbliğ etmək baxımından əhəmiyyətini nəzərə alaraq məktəbin bir qrup şagird və müəllim kollektivi dərsdənkənar vaxtda Şirvanşahlar Sarayı Kompleksində olmuşlar. İştirakçılar sərgidə Şirvanşahlar dövrünə aid XIV-XV əsrlər Şirvanşah Keyqubad və Şirvanşah Xəlilullaha məxsus zirehli geyimlər, XV əsr Şah Fərrux Yasara məxsus dəbilqələr, digər unukal eksponatlarla tanış olmuşlar. Sərgidə həmçinin Metropolitan, Ermitaj və digər dünya muzeylərinin kolleksiyalarına daxil olan Şirvanşahlar dövrünə aid eksponatların muzey sahəsində innovativ yenilik olan SD holoqramlarla təqdimatı da uşaqlarımız tərəfindən maraqla izlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi