"NARKOMANIYA ÜMUMBƏŞƏRİ BƏLADIR!"

Şagirdləri zərərli vərdişlərdən yayındırmaq məqsədilə 17.02.2016-cı il tarixində Bakı şəhəri BPİ-nin Narkotiklərlə mübarizə idarəsinin , İctimai təhlükəsizlik idarəsinin YYÇ PİTB-nin əməkdaşları tərəfindən Nizami RPİ-nin aidiyyəti əməkdaşları , narkoloq həkimlərlə birlikdə “Narkomaniya ümumi bəşəri bəladır” xüsusi mövzusu əsasında maarifləndirici tədbir keçirilmişdir. Tədbir dövrün aktual mövzusu olan – narkomaniya anlayışı ətrafında şagirdlərə və müəllim kollektivinə polis əməkdaşları tərəfindən dolğun məlumat verilmiş, onların ümumi dünya görüşünün genişlənməsinə zəmin yaradan müzakirələr keçirilmişdir.Görüşün yekununda tədbirdə iştirak edən müəllim və şagirdlərə məktəb daxili nizam- intizam, müəllim – şagird münasibətləri, ictimai davranış qaydaları və yetkinlik yaşına çatmayanların inzibati və cinayət qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyəti, eyni zamanda yetkinlik yaşına çatmayanların hüquq vəzifələri aspektində məqsədyönlü, qabaqlayıcı ümumi profilaktik söhbətlər aparılmışdır.Bu məzmunda qabaqlayıcı profilaktiki tədbirlər gənc nəslin təlim–tərbiyəsinə müsbət təsir edərək onları zərərli vərdişlərdən, hüquqpozmalardan yayındırma prosesində böyük önəm daşıyır və müstəqil dövlətimizin gələcək qurucuları olan övladlarımıza sağlam həyat tərzini təbliğ etməklə yanaşı , onları milli ruhda tərbiyələndirərək vətəndaş mövqeyi formalaşdırır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi