Beşyaşlıların bayram sevinci

Dekabrın 27-də yeni il münasibətilə məktəbəhazılıq qrupunun işirakı ilə bayram tədbiri təşkil olunub. Tədbirdə balacaların sevincinin həddi-hüdudu yox idi. Şaxtababanın gəlişi onların sevincini ikiqat artırdı. Balacaların söylədikləri şeirlər, səsləndirdiklər bayram mahnıları tamaşaçıların alqışları ilə qarşılandı. Bayramınız mübarək olsun əziz beşyaşlılar!