Əfsanəvi qəhrəman

Azərbaycan xalqının qəhrəman oğlu, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2018-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar məktəbin foyesində “Əfsanəvi qəhrəman” adlı tədbir keçrildi. Tədbirdə qəhrəmanın həyatı və keçdiyi qəhrəmanlıq yolları şagirdlər tərəfindən səsləndirildi. Şagirdlər ifaları ilə Mixaylo obrazını canlandırdılar. Ulu öndərimiz Heydər Əliyev və Cənab Prezident İlham Əliyevin qəhrəman partizanımıza verdiyi qiymət və göstərdiyi diqqət videoçarx vasıtəsi ilə şagirdlərə təqdim olundu.
Sərancamda deyildiyi kimi yüksək əxlaqi keyfiyyətlərə malik cəsur kəşfiyyatçının rəşadət dolu şərəfli həyat yolu bu gün Vətənimizin sərhədlərini layiqincə qoruyan və işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır olan mətin Azərbaycan əsgəri üçün parlaq qəhrəmanlıq nümunəsidir.