Birincilərin ilk uğurları

Tədris Resursları Mərkəzi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə həyata keçirdiyi 1-ci siniflərdə ehtiyat dərsliklərin sınaq prosesi üçün ayrılmış məktəblər sırasında bizim məktəb də var. Belə ki, məktəbin iki birinci sinfi pilot layihə üzrə yeni dərsliklərin sınaq prosesini uğurla həyata keçirir. Azərbaycan dili fənni üzrə layihənin rəhbəri Rafiq İsmayılov bu yaxınlarda məktəbimizdə pilot siniflərdə dərs prosesini izlədi. O şagirdlərin fəaliyyətini izləyərək, dərslikləri necə mənimsədiklərini müşahidə etdi. Dərslərdən məmnun qalan Rafiq müəllim şagirdlərə maraqlı nağıl, hekayə kitabları hədiyyə etdi. Şagirdlərimiz hədiyyə kitablarına görə çox sevindilər. Biz şagirdlərimiz  və öz adımızdan Rafiq müəllimə təşəkkür edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi