“ELMLƏRİN ŞAHI MƏNƏM”

“ELMLƏRİN ŞAHI MƏNƏM” adlı tədbir keçirildi. Riyaziyyat gecəsində 7a və 9c sinif şagirdləri iştirak edirdi. Şagirdlər riyazi tapmacalar, bayatılar söylədilər. Məşhur insanların riyaziyyat elmi haqqında söylədikləri fikirlər 9c sinif şagirdləri tərəfindən səsləndirildi. Tədbirdə “ Kim tez tapar” viktorinası tamaşaçıların böyük marağına səbəb oldu. Tamaşaçılar Tusi və Pifaqor komandalarını gözəl çıxışlarına görə alqışladılar. Tədbir bədii hissə ilə sona çatdı. Tədbirin təşkilatçısı, riyaziyyat müəllimi Dilbər Məmişova bildirdi ki, bu tədbiri keçirtməkdə məqsədimiz riyaziyyat elmini şagirdlərə sevdirmək və onlarda riyaziyyat fənninə marağı artırmaqdı .