"Nizami rayonu inkişaf yolunda" adlı tədbir keçirildi

    Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrinin icrasını təmin etmək məqsədi ilə məktəbimizdə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda ümumi təhsil sisteminin müasir dövrün tələb və çağırışlarına uyğun inkişafı ilə bağlı müəyyənləşdirilmiş hədəflərdən irəli gələn vəzifələrin yerinə yetirilməsi daim diqqətdə saxlanmış, onların reallaşdırılması istiqamətində məqsədyönlü təşkilati və əməli tədbirlər həyata keçirilmişdir. Bu işlərdən biri də şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri haqqında məlumatların toplanması və ümumiləşdirilməsi işinin təşkili işidir. Bu məqsədlə həmin işlərin yekunu olaraq, 24 noyabr 2018-ci il tarixdə yaranmasının 38-ci ildönümü qeyd olunduğu Nizami rayonunun RİH aparatı, rayon fəalları və təhsil ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə “Nizami rayonu inkişaf yolunda” adlı ədəbi - bədii proqram hazırlanmışdır.
    “Nizami rayonu inkişaf yolunda” adlı ədəbi - bədii tədbirdə Milli Məclisin deputatı, YAP Nizami Rayon Təşkilatının sədri Sədaqət Vəliyeva, Nizami RİH başçısının müavini Gülnaz İsrafilova və aparatın məsul əməkdaşları, Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Rayon Dövlət İşçiləri Həmkarlar Təşkilatının Sədri Hacımurad müəllim, Qarabağ Müharibəsi Veteranları, Şəhid Ailələri İctimai Birliyinin başda sədr Məhi Mehtiyev olmaqla bir qrup üzvü, Məktəbimizin fəxrlə adını daşıdığı Namiq Həmzəyevin anası Xətayə ana, Nizami rayonunda yerləşən ümumtəhsil məktəblərinin rəhbərləri və digər qonaqlar iştirak edirdi. 

    Şagirdlər tərəfindən yaşadıqları ərazinin tarixi, flora və faunası, mədəniyyət abidələri tanınmış şəxsiyyətləri haqqında məlumatların bədii təqdimatı iştirakçılar tərəfindən yüksək dəyərləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi