“Hər bir uşaq istedadlıdır” layihəsinə start verildi

Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə Azərbaycan Respublikası təhsil nazirinin əmrində məktəblərdə “Kiçik akademiya”ların fəaliyyətinin gücləndirilməsi, “Hər bir uşaq istedadlıdır” devizi ilə ayrı-ayrı fənlər, eləcə də incəsənətin müxtəlif sahələri və idman növləri üzrə ümid verən istedadlı şagirdlərin olimpiadalara, müsabiqə və yarışlara cəlbinin daha da genişləndirilməsi, onların intellektual oyunlarda iştirakının təşviq və təşkil olunması, mütaliə, yazı və nitq mədəniyyətinin inkişaf etdirilməsi  və s. bu kimi  qarşımızda vəzifələr qoyulmuşdur. Artıq bu sahədə bir sıra əməli işlər həyata keçirilməkdədir.

Noyabr ayının 1-dən “Hər bir uşaq istedadlıdır” rubrikası altında məktəbimizdə təhsil alan şagirdlərin tanıtımına start verilir.Sosial  səhifəmizdə Sizlər hər bir istedadlı şagirdimiz barədə məlumat əldə edəcək, onların uğurlarını izləyə biləcəksiniz.

            Yeni layihəmiz uğurlu, xeyirli olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi