“Vətənim Azərbaycan” adlı təqdimat müsabiqəsi keçirildi

Fəaliyyət planının 1.3.2 bəndinə uyğun olaraq “Uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərlərə sadiqlik ruhunda tərbiyə edilməsi baxımından məktəbimizin III, IV sinif şagirdləri arasında “Vətənim Azərbaycan” adlı təqdimat müsabiqəsi keçirildi. Azərbaycanımızın dilbər güşələrinə aid hazırlanan təqdimatlarlarda şagirdlər Bakı, Gəncə, Şəki, Lerik, Salyan, İsmayıllı kimi şəhər və rayonlarımız haqqında geniş məlumatlar təqdim etdilər. Müsabiqəyə təqdim olunan işlər arasından tərtibat, şagirdlərin natiqlikvə təqdimetmə bacarıqları, mövzunun əhatəliliyi meyarları üzrə I,II,III yerlərə layıq təqdimatlar münsiflər heyəti tərəfindən müəyyənləşdirildi. Müsabiqənin qalibləri Fatımə Fətəliyeva (IV Ç) -I yer, Leyla Səfərli (4A) - II yer, Lalə Quliyeva (3C) - III yerə layiq görüldülər. Digər iştirakçılara isə müsabiqədə iştirakına görə diplomlar verildi.