"Azərbaycanın Dövlət Müstəqilliyi Günü” qeyd olundu

    Bu gün məktəbimizdə  Azərbaycanın Dövlət Müstəqilliyi Günü” ilə əlaqədar tədbir keçirildi. Məktəbin direktoru İlqar Talıbov öz çıxışında  siyasət dünyasının zirvəsini fəth edən və müstəqil dövlətin ay-ulduzlu bayrağını, ulu xalqımın Azadlıq məşəlini özü ilə birlikdə zirvəyə qaldıran dahi siyasətçi, Heydər Əliyevin yolu ilə gedir Azərbaycan!  söyləyərək,  bildirdi ki bu yolda  doğma xalqı qələbədən - qələbəyə qovuşduran  sevimli prezidentimiz İlham Əliyevin   qətiyyəti və müdrik siyasəti sayəsində  Ulu öndərin "Azərbaycanın Dövlət Müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır. Azərbaycanın bugünkü gənc nəsli gələcək Azərbaycanı daha da yüksəklərə qaldıracaqdır" müdrik kəlamı artıq həqiqətə çevrilmişdir. 

    Tədbir bədii hissə ilə sona çatdı.

    “18 oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyi Günü” ilə əlaqədar yuxarı sinif şagirdləri arasında  müsabiqə keçirildi. Müsabiqəni  giriş sözü ilə məktəbin Tarix fənn metodbirləşməsinin müəllimi Çingiz Hüseynov açaraq, qonaqları salamladı və iştirakçılara müstəqilliyimizin yaranma tarixindən, onun bu günə qədər keçdiyi tarixi-siyasi yoldan qısa məlumat verdi.
    Müsabiqə Azərbacanın  Dövlət Müstəqillik Günü ilə bağlı 8-9-cu sinif  şagirdləri hazırladıqları təqdimatlarla çıxış etdilər. Sonda  fərqlənən şagirdlərə diplomlar təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi