Ağacəkmə aksiyası keçirildi

    “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir" Ümummilli lider Heydər Əliyevin bu kəlamını devizə çevirməklə məktəb rəhbərliyinin təşəbbüsü ilə oktyabrın 13-də Ümumməktəb ağacəkmə aksiyası keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru İlqar Talıbov açdı. İlqar müəllim aksiyaya qoşulan şagird, valideyn və müəllimləri Dövlət Müstəqilliyimizin ildönümü münasibəti ilə təbrik edərək, ağacəkmə aksiyasına fəal qoşulduqları üçün hər birinə təşəkkürünü bildirdi. Daha sonra məktəb ərazisindəki geniş boş sahəyə ağac əkilməsinə start verildi. İştirakçıların hər biri, kiçikdən böyüyə xüsusi fəallıq göstərərək 200-dək eldar şamı, kipariz, palıd ağacı , dekorativ kollar əkdilər. Bayram əhval ruhiyyəsi davam edən aksiya nəticəsində məktəb ərazisində yeni bir yaşıllıq zolaği salınmış oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi