Gənclər narkomaniyaya yox deyir

Oktyabrın 12-də məktəbimizdə Nizami RPI–nin Yetkinlik Yaşına Çatmayanlarla İş şöbəsinin təşkilatçılığı ilə “Gənclər Narkomaniyaya yox deyir” mövzusunda görüş keçirildi. Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə sağlam həyat tərzinin təbliğ edilməsi və narkomaniya, toksikomaniya, alkoqolizm və digər neqativ halların profilaktikası (2.1.5 bəndi) mövzusundə yuxarı sinif şagirdləri ilə söhbət aparıldı. Xüsusi hazırlanmış videoçarx izlənildi. Çıxışların sonunda məktəbin X sinif şagirdi Bədəlsoy Elmiranın “Zərərli vərdişlərə yox deyək" mövzusunda inşasını və müəllifi olduğu şeirini səsləndirməsi iştirakçıların alqışlarına səbəb oldu.