Məktəblimiz beynəlxalq turnirin qalibi

Oktyabrın 2-də Türkmənistan Respublikasında Xəzər dənizi ölkələrinin II mədəni idman festivalı start götürmüşdür. Məktəbimizin 8-ci sinif şagirdi Əbilzadə Xədicə Təhsil Respublika İdman Mərkəzini təmsil edən idmançılar arasında olub. O, komanda yarışlarının qalibi olmaqla bərabər, şəxsi yarışlarda ən yüksək pilləyə ucalmışdır. Xədicəni məktəb adından təbrik edir və hər zaman bayrağımızı zirvələrdə dalğalandırmasını arzu edirik!!!