Məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb

Oktyabrın 1-dən məktəbimizdə məktəbəhazırlıq qruplarında 2018-2019-cu dərs ili üzrə ilk məşğələlərə start verilib. İlk dəfə əlinə məktəbli çantası alıb məktəbə yollanan uşaqları xüsusi tərtibatla bəzədilmiş sinif otaqları doğma yuvalarıtək qoynuna alıb.. Bir birindən gözəl-göyçək, gül balalar sevinc içərisində digər yoldaşları ilə tanış olub, dərslərdən sonra ilk məşğələ barəsində təəssüratlarını valideynləri ilə bölüşdülər.

Məktəbimizdə 132 uşaq altı qrupda məşğələlərə cəlb olunub. Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ və həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi