Uşaqlar bizim gələcəyimizdir

    1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Uşaqlar bizim gələcəyimizdir” adlı tədbir keçirildi. Dünyanın əksər ölkəsində olduğu kimi bu gün Azərbaycanda da xüsusi şəkildə qeyd olunur. Bu gün məktəbimizdə təhsil alan 1"Ə"  sinfinin  şagirdləri öz dünyalarına öz pəncərələrindən baxdılar: Biz bugün çox şadıq ki, insan hüquqlarına hörmət edən demokratik, dünyəvi bir dövlətdə  Müstəqil Azərbaycan Respublikasında yaşayırıq. Sevinirik ki, bizim üçün çalışan, qayğımıza qalan, böyük və etibarlı bir himayədarımız var. Hörmətli Prezidentimiz İlham Əliyev və Heydər Əliyev fondunun Prezidenti, I vitse prezident Mehriban xanım Əliyeva bu yolda dayanmadan çalışırlar. Bizim hamımızın yaşamaq, ailəyə sahib olmaq, təhsil və tibbi xidmət almaq, müdafiə olunmaq hüquqlarımız var. Biz uşaqlar da göy qurşağındaki rənglər kimi bir-birindən fərqliyik və hamımız xüsusiyik,  hərəmizin bir istedadı bir bacarığı var. Fərqli geyinərik, fərqli yerlərdə yaşayarıq, fərqli düşünərik, amma hamımız bu dünyanın uşaqlarıyıq. Əsas olan birlik və bərabərlik içində, dostluq və mehribanlıqla yaşamaqdır. Ancaq o zaman üzümüz gülər, xoşbəxt olarıq.

    Balaca  gül balalar biz istəyirik ki, insanlar biz uşaqları ayrıseçkilik etmədən bir-birimizdən ayırmadan sevsinlər, bu dünyada heç bir uşaq müharibə dəhşəti yaşamasın, atılan güllələr heç bir uşağı ata–anasız bacı–qardaşsız qoymasın, ata–analar öz övladlarını tərk etməsinlər, hər uşağın bir yuvası olsun, hər gün gələcəklərini bilərək yolunu gözlədikləri ata–anaları olsun,  biz istəyirik ki, suyumuz, havamız, torpağımız çirklənməsin, yamyaşıl dünyamız, gömgöy dənizlərimiz, aydın səmamız, parlaq günəşimiz olsun, içimizdəki ümid sönməsin, sülhün, səmimiyyətin, mərhəmətin, sevginin var olduğu bir dünyada yaşayaq deyərək  öz arzularını və istəklərni bax beləcə tamaşaçılara çatdırdılar.

    Bayraminiz mübarək əziz uşaqlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi