"SAĞLAM OLAQ, VƏTƏNİMİZİ QORUYAQ!"

14 yanvar 2016-ci il tarixdə məktəbimizdə şagird, müəllim və valideynlərin iştirakı ilə "SAĞLAM OLAQ, VƏTƏNİMİZİ QORUYAQ!" devizi altında seminar keçirildi. Seminarda Onurğa mərkəzinin Baş həkimi, Ali dərəcəli həkim, vertebroloq İradə Hacıyeva iştirak edirdi. Seminarda ilk, 3a sinif şagirdlərinin “Skolioz və kompyuter” mövzusunda təqdimatları dinlənildi. Seminar İradə Hacıyevanın təqdimatı ilə başa çatdı. Iradə xanım seminar iştirakçılarını osteoporoz, skolioz və onun əlamətləri-asimmetriya, çiyində fərq, kürək sümüyünün aşağı tinlərində fərq, döş qəfəsinin deformasiyası, ayağın qısalması, rotasiya haqqında məlumatlandıraraq xəstəliyin başvermə səbəblərindən danışdı.