Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib

    Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirildi. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər.

    “Gəlin birgə oxuyaq!” devizi altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və lisey  şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış etdilər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Tədbirdə məktəbimizin istedadlı şagirdləri və ədəbiyyat müəllimi  Çiçək Hüseynovanın rəhbərliyi ilə ölməz şairimiz  Səməd Vurğunun "Vaqif" dramını səhnələşdirdilər. Öncə sarayda yaşayan Azərbaycanın şairi M.V.Vidadinin M.P.Vaqif ilə söhbətini , sonra saray həyatından məlumat verərək 18 ci əsr İran şahı Ağa Məhəmməd şah Qacarın Vaqıflə olan görüş sənhəsini göstərdilər. Məktəbin 7 b sinif şagirdi Rəsul Qarabağın füsünkarlığını tərənnüm edən Qarabağ şikəstəsini ifa etdi. Sonda isə şagirdlərimiz Vaqifin həbsxana həyatını - Xuramanın Vaqıflə son görüşünü canladırdılar. Şagirdlərimiz - Rəhimli Əziz (XI c)-Vaqif, Zeynalabdin Bağırzadə (10Humanitar) -Qacar, Emil Həsənov (XI a)-Vidadi, Ülvi Babayev (IX ç)-Vəzir, Eminə Murad (VIII ç)-Xuraman obrazlarını məharətlə ifa etdilər. Tamaşanın aparıcısı Nüşabə İsgəndərova yüksək natiqlik bacarığı nümayiş etdirdi. 
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi