31 DEKABR- DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİK GÜNÜ” VƏ “YENİ İL” BAYRAM TƏDBİRİ.

29 dekabr 2015-ci il tarixində məktəbdə “31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl” münasibəti ilə 1ç sinifinin bayram tədbiri keçirilmişdir. Tədbiri açıq elan edən şagirdlər müəllim kollektivini və valideynləri bayram münasibəti ilə ürəkdən təbrik etdilər. Daha sonra şagirdlər tərəfindən təqdim olunan vətənpərvərlik şeirləri, səhnəcklər, əyləncəli viktorinalar, rəqs və mahnılar tədbir iştirakçılarında yüksək əhval-ruhiyyə yaratdı. Tədbirin sonunda çıxış edən məktəbin derektoru İlqar Talıbov tədbirin keçirilməsində zəhməti olanlara minnətdarlığını bildirərək, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilən bu şərəfli ənənənin gündən-günə daha geniş vüsət aldığını bildirmişdir.,