ŞƏHİDLİK BİR ZİRVƏDİR

25 dekabr 2015-ci ildə məktəbdə məktəbimizin fəxrlə adını daşıdığı Həmzəyev Namiq Həmzə oğlunun anım günü keçirildi. Tədbirdən əvvəl qonaqlar və şagirdlər Namiqin büstü önünə tər çiçək dəstələri düzdülər.Tədbirdə şəhid anası Xataya ana, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyi Nizami və Xətai rayonlarının filiallarının sədrləri Məhi Mehdiyev , Fuad Salahov sədr müavini və eyni zamanda məktəbin müəllimi Qəhrəman Qasımov və Veteran qəzetinin baş redaktoru Qafar Nuriyev iştirak edirdilər. Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim olundu. Tədbirin sonunda IV sinif şagirdi Süleymanlı İlahə şəhidin öz qələmi ilə işlənmiş portretini Xataya anaya təqdim etdi. Şəhid anası göstərilən diqqət üçün minnətdarlıq etdi və məktəb rəhbərliyinə təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi