Təcrübə mübadiləsinə gözəl nümunə!

Martın 6-da  məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin iştirakı ilə  texniki fənlər üzrə "Açıq dərslər" keçirildi. Dərslər fizika, riyaziyyat, informatika, texnologiya, musiqi fənlərindən təşkil olunmuşdu. Fəal təlim texnologiyaları əsasında keçirilən dərslər bu dərsləri dinləyənlər tərəfindən yüksək qiymətləndirildi. Dərsdinləmələrdən sonra dərslər təhlil olundu. Fənn müəllimləri dərsdə məqsədlərini nə dərəcədə reallaşdırdıqları barədə danışdılar. Dərslərin təhlili zamanı TDM-in əməkdaşları ilə yanaşı, Nizami rayonunda yerləşən ümumtəhsil məktəblərindən dəvət olunmuş 61,70, 145,210, 229, 250 nömrəli məktəblərin fənn müəllimləri də müzakirələrdə fəallıq nümayiş etdirirdilər.
    Açıq dərslərin səmərəli təşkilində fəal iştirak edən məktəbin pedaqoji kollektivinə təşəkkürümüzü bildirir, uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi