FİZİKA GECƏSİ

13 noyabr 2015-ci ildə məktəbdə “FİZİKA GECƏSİ” keçirildi. Tədbirdə məktəb kollektivi ilə bərabər Nizami rayonunun bir çox məktəblərindən fizika müəllimləri də iştirak edirdi. Gecənin təşkilatçısı Gülbəniz Valehova bildirdi ki, tədbiri keçirtməkdə məqsəd fizikanın öyrənilməsində təcrübələrin aparıcı rol oynadığını və fizikanın məişət, texnika və istehsalatın müxtəlif sahələri ilə əlaqəsini tamaşaçılara çatdırmaq idi. Tədbirdə XI sinif şagirdlərinin təqdim etdikləri “Arximed əfsanəsi” səhnəciyi, “Çoxbilməşlər” adlı viktorinanın keçirilməsi, məktəbli “sehrbazlar”ın nümayiş etdirdikləri fokuslar, fizika fənninə aid bayatılar, VIII sinif şagirdi Nadirin hazırladığı sərgi tamaşaçıların böyük marağına səbəb oldu. Tədbir bədii hissə ilə sona çatdı.