Xocalı harayı

     Bu gün məktəbimizdə Xocalı faciəsinin iyirmi altıncı  ildönümü münasibəti ilə "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya  təqdim olundu.  İştirakçılar tarixə nəzər salaraq,  1905-1907-ci illər, 1918-ci ilin "Mart soyqırımı", 1948-1953-cü illərin deportasiyası, nəhayət əsrin sonlarında "20 yanvar" qırğını və Xocalı soyqırımı  qurbanlarınının xatirəsini andılar. 

     Şagirdlər bütün millətlərin və xalqların analarına "Öz haqq səsinizi yüksəldin!" söyləyərək müraciət etdilər!  "Bəsdir, torpaqların övladlarımızın qanı ilə suvarıldığı!"
Tədbir şagirdlərin xorla ifa etdikləri "And içirik" mahnısı ilə başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi