Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

Bu gün Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı ruhda böyüməsi məqsədi ilə məktəbimizin bir qrup şagird və müəllimi üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilmişdir.

Şagirdlərimiz ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzlə tanış olublar. Mərkəzin əməkdaşı iştirakçılara qeyri-adı, mürəkkəb quruluşa malik və unikal tikili haqqında məlumat verərək bildirib ki, müasir Bakının simvollarından biri hesab edilən mərkəzdə ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv, sənədlər, eləcə də müxtəlif eksponatlar nümayiş etdirilir. Ekspozisiyada nümayiş etdirilən nümunələr şagirdlərimizdə çox böyük təəssüratlar  oyatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi