21 Fevral Beynəlxalq Ana Dili Günü qeyd olundu

Fevral;n 20-də 4a sinif şagirdlərinin iştirakı ilə 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr edilmiş “Vətən əmanəti ana dilim” adlı tədbir keçirildi. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində Təlimə Dəstək Mərkəzinin əməkdaşları, Təhsil Problemləri İnstitutunda işçi qrupun üzvləri iştirak edirdi.
Şagirdlərin “Azərbaycan” musiqisi sədaları altında səhnəyə daxil olması tamaşaçılar tərəfindən alqışla qarşılandı. Balaca məktəblilər doğma vətənimizin gözəlliyini, dillimizin zənginliyini öz sözləri, şeirləri, səhnəcikləri ilə tamaşaçılara çatdırdılar.
Tədbirdə sinif muəllimi Güləbətin Tağıyeva çıxş edərək bildirdi ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdlərə ana dilimizi, onun zənginliyini, hər birimiz üçün əziz olan vətənimizi sevdirmək və əsil vətənpərvər övlad yetişdirməkdir. Tədbirin sonunda çıxış edən məktəb direktoru İlqar Talıbov və qonaqlar tədbir iştiraşçılarına uğurlar arzulayaraq, məktəblilərə gözəl çıxışları üçün təşəkkür etdilər.