Balaca rəssam Aysel Kazixanovanin fərdi rəsm sərgisi

    Fevralın 19-da məktəbin istetdadlılarından biri, 5e sinif şagirdi Aysel Kazixanovanin rəsmlərindən ibarət fərdi sərgisi təşkil edildi. 
Sərgidə gələcəyin istedadlı rəssamı müxtəlif mövzularda hazırladığı rəsmlər haqqında məlumat verdi və sərginin təşkil olunmasında əməyi keçənlərə öz minnətdarlığını bildirdi. Bu əlamətdar gündə Ayselin  yaradıcılıq uğurlarına ən çox sevinən  onu yalnız buraxmayan  məktəbli dostları idi.

    Sərgi iştirakçıları, qonaqlar İstedadlı rəssama yaradıcılıq uğurları arzuladı. Məktəbin direktoru İlqar Talıbov çıxış edərək bildirdi ki, bu gün Azərbaycan Respublikasında uşaqlara, gənclərə böyük diqqət və qayğı göstərilir. Onlar arasında müxtəlif rəsm müsabiqələrinin keçirilməsi, gənc istedadların üzə çıxarılması və hər cür dəstək göstərilməsi, belə sərgilərin təşkil edilməsi məhz  bu diqqətin bariz nümunəsidir. İlqar muəllim  Aysel Kazixanovaya gələcək fəaliyyətində uğurlar və yeni-yeni nailiyyətlər arzuladı. Balaca rəssama  məktəb rəhbərliyi  tərəfindən  diplom və  hədiyyə  təqdim olundu.

    Sonra sərgiyə baxış oldu.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi