Kiçik Akademiyanın növbəti iclası keçirildi

238 №li tam orta məktəbin ümumi fəaliyyət strategiyası cəmiyyətimizin mənəvi inkişafına, xalqımızın rifahının artırılmasına və dövlətimizin qüdrətinin möhkəmləndirilməsinə öz töhfəsini verə biləcək “Yaradıcı nəsil” tərbiyə etməkdir. Bu strategiyanın həyata keçirilməsi pedaqoji kollektivin qarşısında fəal, təşəbbüskar, qeyri standart düşüncəyə və dərin təxəyyülə malik daim dəyişən dünyada sərbəst yaşamağı, cəmiyyətdə düzgün yaşam səmtini tapmağa, ən əsası öz yaradıcı potensialını tətbiq etməyi bacaran istedadlı şagirdlər yetişdirmək kimi taktiki vəzifələr qoyur. Bunun üçün şagirdlərin elmin bu və ya digər istiqamətləriinə marağından asılı olaraq onların könüllü iştirakını nəzərdə tutan əlavə təhsil fəaliyyətini həyata keçirmək zəruriləşir. Kiçik Akademiya məhz bu vəzifəni həyata keçirən qurum kimi təhsilin keyfiyyətinin artırılmasının təsirli vasitəsinə çevrilir.
Kiçik Akademiyanın bugünkü iclasında struktura daxil bölmələrin vəzifələri müzakirə olundu. Daha sonra elmi işlərin təqdim olunma müddəti, elmi işlərin müdafiəsi ilə bağlı seminarların keçirilmə vaxtları dəqiqləşdirildi.