Çağırışaqədərki hazırlıq fənni üzrə praktik məşğələ keçirilib

    Çağırışaqədərki hazırlıq fənni vasitəsilə həyatı dərketmə mərhələsində olan gənclər vətəndaşlıq, vətənpərvərlik, hərb tariximiz, ordu quruculuğu, qanunlar və onlara riayət olunması, taktiki hazırlıq, atəş hazılığı, topoqrafiya, kütləvi qırğın silahları və təbii fəlakətlərin dağıdıcı amillərinin fəsadlarından mühafizə və ilk tibbi yardım üzrə bilik, bacarıq və vərdişlərə yiyələnirlər. "Çağırışaqədərki hazırlıq"  şagirdlərin istər fiziki, istərsə də mənəvi cəhətdən inkişaf etməsində, bir vətəndaş kimi Vətənin müdafiəsinə hazırlanmasında xüsusi rol oynaması ilə seçilir.

    Fevralın  8-də məktəbimizdə X-XI siniflərin “Gənclərin Çağırışaqədərki Hazırlığı”  fənni üzrə tədris proqramına uyğun olaraq döyüş silahları ilə tanışlıq və şagirdlərdə praktik vərdişlərin formalaşdırılması məqsədi ilə praktik məşğələ keçirilib. Məşğələ zamanı şagirdlər AK-74 döyüş silahının sökülüb yığılması, atıcı silahla rəftar qaydalarına riayət etməklə praktik vərdişlərə yiyələniblər.

    Şagirdlərdə praktik vərdişlərin mənimsənilməsi və döyüş silahları ilə tanışlığı məktəbin hərbi rəhbəri ehtiyatda olan polkovnik-leytenant Şaiq Məmmədov tərəfindən yerinə yetirilib.

    Məşğələ məktəb rəhbərliyinin Nizami Rayon Polis İdarəsinə məktəbi döyüş silahı ilə təmin etmək barədə müraciətindən sonra baş tutub. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi