“AZƏRBAYCAN FOLKLORU” XALQ YARADICILIĞI FESTİVALI

Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Tərbiyə işinin təkmilləşdirilməsi ilə əlaqədar 2015-ci il üçün Fəaliyyət Planı”na uyğun olaraq məktəbliləri xalqımızın milli-mənəvi irsi ilə yaxından tanış etmək , onları Azərbaycan folkloruna , milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə etmək , xüsusi istedada malik uşaqları üzə çıxarmaq və onların yaradıcılıq potensialının inkişaf etdirilməsinə dəstək vermək məqsədilə məktəblilərin “Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş “AZƏRBAYCAN FOLKLORU” XALQ YARADICILIĞI FESTİVALININ KEÇİRİLMƏSİ BARƏDƏ 25 noyabr 2015-ci il tarixli 289 saylı əmrinə müvafiq olaraq 22№-li Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin təşkilatçılığı ilə Nizami rayon məktəbləri arasında festival keçirilmişdir. Məktəbimizin şagirdləri Bağırzadə Zeynalabdin “Səhnəcik” nominasiyası üzrə , Hüseynzadə Zəminə “Mahnı” nominasiyası üzrə I yerin qalibləri, V sinif şagirdləri isə “Rəqs” nominasiyası üzrə II yerin qalibi olmuşlar. I yerlərin qalibləri Bağırzadə Zeynalabdin, Hüseynzadə Zəminə festivalın növbəti mərhələsində də uğurla iştirak edərək finalda çıxış etmək hüququ qazanmışlar. Şagirdlərimizi qazandıqları uğurlar münasibəti ilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi