Keyfiyyətin yüksəldilməsi əsas prioritetdir

    Məktəbin fəaliyyət planına uyğun olaraq IX sinif şagirdlərinin ümumi orta təhsil , XI sinif şagirdlərinin tam orta təhsil kursu üzrə buraxılış imtahanlarına hazırlıq səviyyəsinin öyrənilməsi və təmayül siniflərində təhsil alan X sinif şagirdləri üçün  təşkil edilmiş monitorinqlərin nəticələri I yarımil üçün  müzakirə olundu. 

    Təlim tərbiyə işləri üzrə direktor müavini Səadət Rzayevanın hazırladığı təqdimatda monitorinqlərin nəticələri ilə yanaşı, şagirdlərin illik qiymətləri, buraxılış imtahanlarının  nəticələri, təmayül fənləri üzrə aldıqları qiymətlər diaqramların köməyi ilə müqayisəli şəkildə iştirakçılara çatdırıldı.

    IX - XI siniflərdə dərs deyən fənn müəllimlərinin, Metodbirləşmə rəhbərlərinin, məktəb rəhbərliyinin iştirakı ilə keçirilən müzakirələrdə mövcud çatışmamazlıqlar və onları yaradan səbəblər müzakirə olundu.  Müzakirələrdən sonra  qərara alındı ki, tədrisin keyfiyyətinə nəzarətin gücləndirməsi və keyfiyyətin artırılması üçün  II yarımildə sınaq imtahanlarında istifadə olunan cavab kartları əsasında hər ay sınaq yoxlamaları keçirilməli, fənn müəllimləri  zəif oxuyan şagirdlərlə imtahana hazırlıq məqsədi ilə  əlavə məşğələlər keçirməli, şagirdlərin hamısının minimum bilik səviyyəsi təmin olunmalı, Azərbaycan dili, ingilis dili   Riyaziyyat fənn metodbirləşmə iclaslarında tədrisin keyfiyyəti ilə bağlı müzakirələr keçirilməlidir. Bundan əlavə monitorinqin nəticələrinin valideyn iclaslarında müzakirə olunması, buraxılış imtahanlarına hazırlıq məqsədi ilə şagirdlərə psixoloji dəstəyin təmin olunması barədə qərarlar qəbul olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi