Fövqəladə hallarda özünü necə aparmalı?

    Yanvar ayında  məktəbin akt zalında “Fövqəladə hallarda özünü necə aparmalı?” mövzusunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəz tərəfindən maarifləndirmə tədbiri həyata keçirildi. Tədbirdə mərkəzin məsul vəzifəli şəxsləri, şöbələrin əməkdaşları müxtəlif mövzularda məruzələr təqdim etdilər. Əsasən yuxarı sinif şagirdlərinin iştirak etdiyi tədbirin  kollektivin təhlükəsizliyinin qorunması, fövqəladə hadisələr zamanı şagird və müəllim heyətinə davranış qaydalarının öyrədilməsində çox böyük rolu oldu. Sonda Bakı Regional Mərkəzinin İstismarda olan binaların təhlükəsizliyinin monitorinqi şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Elgün Ələkbərov yekun nitqi ilə çıxış etdikdən sonra, iştirakçıları maraqlandıran sualları cavablandırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi