Narkomaniyaya yox deyək!

Məktəbimizdə “Narkomaniyaya yox deyək!” adlı tədbir keçirildi. Tədbirdə “Təmiz dünya” qadınlara yardım içtimai birliyinin sədri xanım Mehriban Zeynalova, Nizami Rayon İcra Hakimiyyəti Narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının məsul katibi Bəhmən Hüseynov, Nizami rayon Polis İdarəsinin veteranlar şürasının üzvü Firdovsı Bayramov, Nizami rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profloktik işin təşkili şöbəsinin baş inspektoru, polis kapitanı Pərvanə Əzizova və inspektor polis mayoru Cavad Əliyev iştirak edirdi.
Qonaqlar şagirdlərlə əsrimizin bəlası “ Narkomaniya” və “Məişət zorakılığı haqqında fikirlərini bölüşdülər. Onlar zərərli vərdişlər, onların insan həyatı üçün yaratdığı ağır fəsadlarından danışıb, onlardan necə qorunmaq və onlara yoluxmamağın yolları haqqında məlumat erdilər.
Məktəbimizin psixoloqu Zemfira İsayeva da çıxış edərək, şagirdlərə bu bəladan necə qorunmağın yolları barədə məsləhətlər verdi.
Tədbir zamanı “NARKOMANİYA-BƏŞƏRİYYƏTİN BƏLASI” adlı videofilm nümayiş olundu.